» » » Azərbaycanda gündəmi zəbt edən videolar müzakirə edilir (VİDEO)

Azərbaycanda gündəmi zəbt edən videolar müzakirə edilir (VİDEO)

Azərbaycanda gündəmi zəbt edən videolar müzakirə edilir (VİDEO)

Azərbaycan məktəblərində şagirdlərin müəllimlər tərəfindən döyülməsi faktı bu gün gündəmdədir. Əvvəl bununla bağlı sosial şəbəkələrdə iki, şagirdlərin müəllimə aqressiv şəkildə təzyiq göstərməsi ilə bağlı isə bir video yayıldı.
Daha sonra məktəb müdirinin öz işçisinə sillə vurmaqla nəyisə başa salması görüntüləndi. Məhz cəmiyyətdə belə bir təsəvvür yarandı ki, Azərbaycan məktəblərində özbaşınalıq hökm sürür. Sanki məktəblərdə sillə, qapaz əsas tədris metodikasıdır. Həqiqətən də bu belədir?
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova və Ailə Hüquq Mərkəzinin sədri Günel Səfərova “Nəzər Nöqtəsi”nin suallarını cavablandırıb.
- Bu videoları izləyərkən hansı hisslər keçirdiniz?
Lamiyə Şərəfxanova: Təbii ki, videonu izləyərkən bu, insanda bir təəssüf hissi doğurur. Məhz insan bunun real olduğunu qəbul etməkdə belə zorluq çəkir. Burada insana xoş olmayan təəssürat özünü göstərir. Ümumiyyətlə, bu, cəmiyyət tərəfindəm istər şagirdlərin müəllimə, istərsə də müəllimlərin şagirdlərə qarşı göstərdiyi davranış təqdir olunmur. Əslində bu bizim şəxsiyyət yönümlü təhsil modelinə tamamilə zidd olan bir görüntülərdir. Şəxsən özüm bundan təəssüf hiss keçirdim.
Günel Səfərova: - Mən videolara həm valideyn, həm də bir hüquqşünas kimi baxdım. Sözsüz ki, bir valideyn kimi bu məsələyə emosional yanaşdım. Düşünürəm ki, uşağımızı böyüdüb tərbiyə veririk. Amma təhsil almaq üçün getdiyi tədris müəssisəsində uşağın tərbiyəsində müəyyən problemlər yaradır. Yəni zorakılığın normal bir hal kimi uşaqlara aşılayır. Hüquqşünas kimi isə burada huquq pozuntusunun bir daha şahidi oldum. Belə ki, məhz yayımlanan birinci kadırda (müəllim şagirdi taxta ilə döyür. Burada uşağın sağlamlığına bilərəkdən zərər vurma halı var. Qeyd edim ki, Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə valideynlərhətta müəllim cinayət məsuliyyətinə cəlb edə bilərlər.
- Cinayət məsuliyyətinə cəlb etmə halı olub?
Günel Səfərova: Qeyd edim ki, Ailə Hüquq Mərkəzinin xeyli müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq bu günə kimi valideynlər tərəfindən uşaqlarının təzyiqə məruz qalması ilə bağlı müraciət daxil olmayıb. Müraciət edənlər isə sonradan ərizələrini geri götürürlər.
– Videolar yayılandan sonra məhz onlara haqq qazandıran məlumatlar yayılmağa başladı. Eyni zamanda valideynin özü bunula bağlı iddiasının olmadığı və buna görə də müəllimi qınamır.
Lamiyə Şərəfxanova: Valideynlər ümumiyyətlə bu məsələyə bir az ehtiyatla yanaşırlar. Onlar fikirləşirlər ki, əgər bununla bağlı üst qurumlara müraciət edərsə, o zaman onun uşağını məktəbdə gözümçıxdıya salarlar. Sözün əsl mənasında əgər valideyn hiss edirsə ki, onun övladına bu və ya digər formada fiziki zorakılıq göstərilirsə, o zaman bu məsələlərdə valideynlər aktiv olmalıdırlar.
Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz: