» » » Azərbaycanda 9 uşağa Adsız adı qoyuldu

Azərbaycanda 9 uşağa Adsız adı qoyuldu

Azərbaycanda 9 uşağa Adsız adı qoyuldu

Ən çox qoyulan adlar məlum olub.

2016-ci ilin yanvar ayı ərzində uşaqlara ən çox qoyulan adlar məlum olub. 

ucarliyiq.biz modern.az-a istinadən xəbər verir ki, ilin başlanğıcından bu günə qədər 24 oğlan uşağına Yusif adı, 27 qıza isə Nuray adı verilib.

Sonrakı pillələrdə oğlan uşaqlarına verilən adlardan Hüseyn (21), Əli (20), Ömər (15), Məhəmməd (13), Ayxan (12), Murad (12), Emil (9), Tunar (9) adları, qız uşaqlarına verilən adlardan isə Zəhra (22), Zeynəb (20), Fatimə (17), Məryəm (17), Dəniz (16), Aylin (14), Ayan (12), Mələk (12), Səma (12) gəlir.

Həmçinin yanvar ayı ərzində doğulan 7 oğlan, 2 qız uşağına Adsız adı verilib.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda 3503 qız uşağına Zəhra, 3547 oğlan uşağına isə Yusif adı verilib.