» » » İtkin düşən rejissor oğlunu məscidlərdə axtardılar

İtkin düşən rejissor oğlunu məscidlərdə axtardılar

İtkin düşən rejissor oğlunu məscidlərdə axtardılar

Onun həyat yoldaşı məlumat verib.

Yanvarın 25-də Bakının Suraxanı rayonu ərazisində itkin düşən, İTV-nin əməkdaşı olan Rəşad Əliyevin axtarışları davam etdirilir.

ucarliyiq.biz virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rəşad Əliyevin həyat yoldaşı İlahə Əliyeva məlumat verərək deyib ki, hazırda faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsində axtarışlar davam etdirilir. 

R.Əliyevin tapılması istiqamətində tədbirlər davam etdirilir.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən bildirilib ki, liyev yanvarın 26-dan axtarışa verilib: 

"Hələlik axtarışlar heç bir nəticə verməyib. Yaxınları və tanışlarının ifadəsi alınıb. İfadələr əsasında paytaxtdakı bütün məscidlərdə axtarışlar aparılıb. Məscidlərdə axtarışların apaılmasına səbəb isə R.Əliyevin namaz qılan olması və tez-tez məscidlərə getməsi olub. Yaxınlarının ifadəsində göstərilib ki, Rəşad Əliyev tez-tez məscidlərə gedirmiş".

Xatırladaq ki, R.Əliyev Azərbaycanın tanınmış rejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur. R.Əliyev İTV-nın quruluşçu rejissor işləyir.