» » » DTX: Biz “Avis” apteklərində xüsusi əməliyyat keçirməmişik

DTX: Biz “Avis” apteklərində xüsusi əməliyyat keçirməmişik

DTX: Biz “Avis” apteklərində xüsusi əməliyyat keçirməmişik

Yayılan məlumat həqiqəti əks etdirmir.

Bizim Xidmət “Avis” apteklər şəbəkəsində xüsusi əməliyyat keçirməyib. Bu barədə yayılan məlumat həqiqəti əks etdirmir.

ucarliyiq.biz xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Avis” apteklər şəbəkəsində xüsusi əməliyyat keçirməsi və həbs olunanların olduğu barədə bəzi KİV-lərdə yayılmış məlumatla bağlı virtualaz.org-un sorğusuna cavab olaraq Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Qeyd edək ki,bir az əvvəl musavat.com Dövlət Təhlükəsizlik Xidməti tərəfindən “Avis” apteklər şəbəkəsində xüsusi əməliyyatın keçirildiyi, həbslərin aparıldığı və hətta Avis-in baş direktorunun Azərbaycandan qaçdığı barədə məlumat yayıb.

Onu da qeyd edək ki, “Avis” Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Ötən 8 il ərzində şirkət Bakıda 9 aptek açıb.

DTX: Biz “Avis” apteklərində xüsusi əməliyyat keçirməmişik