» » » Azərbaycanda iki dövlət qurumu birləşdirilir

Azərbaycanda iki dövlət qurumu birləşdirilir

Azərbaycanda iki dövlət qurumu birləşdirilir

Hökumət vahid qurum yaradılmasına qərar verəcək.

Son vaxtlar təhsil naziri Mikayıl Cabbarovla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə arasında yenidən başlamış “soyuq savaş”ın səbəbi ortaya çıxıb.

ucarliyiq.biz xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, yaxın günlərdə Təhsil Nazirliyi ilə TQDK eyni qurumda birləşdiriləcək, adıçəkilən qurumların bazasında Elm və Təhsil Nazirliyi yaradılacaq. 

İddia olunur ki, hakimiyyət daxilində bu layihənin əleyhinə olanlar da var. 

Təhsil Nazirliyi ilə TQDK-nın birləşməsinin əleyhinə olanlar hesab edir ki, bu birləşmə təhsil sahəsində korrupsiyanın miqyasını artıra bilər.

Digər tərəfdən, bu qurumlar bir-birinə demək olar ki, nəzarət funksiyası yerinə yetirirdi. Yəni qurumlar arasındakı rəqabət onların bir-birilərinin fəaliyyətini diqqətlə izləməyi şərtləndirir. 

Bu qurumlar birləşdiriləndən sonra isə ortadakı rəqabət və bundan doğan nəzarət funksiyası təbii olaraq aradan qalxacaq ki, bu da təhsil sahəsinə ciddi mənfi təsir göstərə bilər. Lakin bütün bunlara rəğmən Təhsil Nazirliyi ilə TQDK-nın bir qurumda birləşdirilməsinin tərəfdarı olanlar da var. 

Onların başında isə təhsil naziri Mikayıl Cabbarov dayanır. Xüsusilə o, bu layihənin həyata keçməsinə təkid edir.

Hökumət 2016-cı il büdcəsində neftin qiymətinin 25 dollardan hesablanması üzərində işləyir və gözlənilir ki, iqtidar digər sahələrdə olduğu kimi, təhsil sahəsində də vahid qurum yaradılmasına qərar verəcək.