» » » Avtobusu daşa basan uşaqların valideynləri cəzalandırıldı – RƏSMİ

Avtobusu daşa basan uşaqların valideynləri cəzalandırıldı – RƏSMİ

Avtobusu daşa basan uşaqların valideynləri cəzalandırıldı – RƏSMİ

BPİ məlumat yaydı.

Yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində - Azadlıq prospektində "Baku Bus" MMC-yə məxsus "İveco" markalı avtobusun şüşəsi sındırılıb.

Bakı şəhər Baş Polis İdarəsindən ucarliyiq.biz-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilib.

Vurulmuş ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub. Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb.