» » » Rusiyada evinə od vurulan iş adamına kömək ediləcək (VİDEO)

Rusiyada evinə od vurulan iş adamına kömək ediləcək (VİDEO)

Rusiyada evinə od vurulan iş adamına kömək ediləcək (VİDEO)

“Ulyanovskda evinə "molotof kokteyli" atılan ailəyə baş çəkmişik. Hər cür maddi və mənəvi yardım göstəriləcək". ANS TV-nin məlumatına görə, bunu Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk vilayəti üzrə regional bölməsinin rəhbəri İslam Hüseynov açıqlamasında deyib. O, Hüseynov ailəsinə mümkün yardımı edəcəyini söyləyib.
İ.Hüseynov deyir ki, evə hücum nəticəsində yanıq xəsarətləri alan uşağın vəziyyəti isə yavaş-yavaş düzəlir. "Bundan başqa cinayəti törədən şəxs saxlanılıb. Ümid edirik ki, Ulyanovskun hüquq-mühafizə orqanları tutulan şəxsin bu cinayətdə payı olduğunu təsdiq edəcək”.
Diaspor rəhbəri baş vermiş cinayət işinin Ulyanovsk qubernatorunun nəzarəti altında olduğunu da söyləyib.

Bölmənin rəhbəri İslam Hüseynov açıqlamasında Hüseynov ailəsinə mümkün yardımı edəcəyini söyləyib. Diaspor rəhbəri Pərviz Hüseynovun “Rosdenqi” kompaniyasına borclu olduğunu bildirib: “Az miqdarda borca görə dəfələrlə onları hədələyiblər. Ailə 4 min rubla görə 24 min rubl pul ödəyib. Bu ödənişdən sonra onlar hədələrini dayandırmayıblar. Əvvəl evə kərpic, daha sonra isə “molotov kokteyli” atıblar, hansı ki, iki yaşlı körpənin yatdığı otağa düşüb”.