» » » Ölkənin şimalında 8 ailə sevindi

Ölkənin şimalında 8 ailə sevindi

Ölkənin şimalında 8 ailə sevindi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə Siyəzən və Şabranda Qarabağda şəhid və əlil olmuş 8 şəxsin ailəsinə yeni fərdi evin açarı təqdim edilib.
Ucarliyiq.biz xəbər verir ki, əvvəlcə Siyəzən şəhərində Qarabağ döyüşlərində sağlamlığını itirərək əlil olmuş 3 nəfər üçün nəzərdə tutulan yeni tikilmiş fərdi həyətyanı evin açılışı olub.
Hər cür şəraitlə təmin edilmiş evlərin istifadəyə verilməsi uzun illərdir ki, kirayədə yaşayan əlil insanların ürəyincədir. Onlar dövlətin bu qayğısından razılıqla danışdılar.
"10 ildən çoxdur kirayədə yaşayırdım, əziyyət çəkirdim, canım qurtardı əziyyətdən. Əziyyət çəkən bütün insanlara təşəkkür edirəm, hamısı haqqını halal eləsin", - deyə yeni evə sahib olan Qarabağ əlili Eldəniz Məmmədov bildirdi.
Açılış mərasimdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov ANS-ə eksklüziv olaraq bildirib ki, hökumət bu qrup insanların sosial rifah halını yaxşılaşdırmaq üçün bir neçə istiqamətdə iş aparır.
"Bütün əlil və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, onlara yeni avtomobillərin verilməsi bu istiqamətdə görülən işlərdəndir", - deyə nazir müavini əlavə etdi.
Ölkənin şimalında 8 ailə sevindi

Ölkənin şimalında 8 ailə sevindi

Ölkənin şimalında 8 ailə sevindi

Ölkənin şimalında 8 ailə sevindi

Ümumilikdə, ötən il nazirlik tərəfindən müharibə əlillərinə və şəhid ailələrinə 281 mənzil verildiyini söyləyən nazir müavini son 16 il ərzində nazirlik tərəfindən verilən avtomobil və evlərin statistikasını açıqlayıb.
"Təkcə son 16 ildə 5700 dən çox şəhid ailəsi və Qarabağ əlili öz evlərinə sahib olub. Son 16 ildə 4700 çox insan maşın sahibi olub. Bu istiqamətdə işlər davam etdirilir".
Bu gün Şabran rayonunda da bir şəhid, 4 Qarabağ əlili ailəsinə nazirlik tərəfindən tikilmiş fərdi evlərin açarları təqdim olunub. Mərasimdə iştirak edən nazir müavini İlqar Rəhimov və Siyəzən və Şabran icra hakimiyyətinin rəsmiləri yeni evlərə baxış keçirib, şəraiti ilə tanış olublar.
Ölkənin şimalında 8 ailə sevindi

Ölkənin şimalında 8 ailə sevindi