» » » İnternet mediaya dövlət tərəfindən maliyyə yardımı ayrıla bilər

İnternet mediaya dövlət tərəfindən maliyyə yardımı ayrıla bilər

İnternet mediaya dövlət tərəfindən maliyyə yardımı ayrıla bilər

Mətbuat Şurasında iclas keçirilib.

Bu gün Mətbuat Şurasının İdarə Heyətinin iclasında Azərbaycanda internet mediaya dövlət tərəfindən maliyyə yardımının ayrılması müzakirə olunub. 

Şuradan ucarliyiq.biz-a verilən xəbərə görə, Şura sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev milli mətbuatın 140 illik yubileyi münasibəti ilə MŞ İdarə Heyətinin üzvlərini qəbul edəndə bu istiqamətdə müzakirələr gedib: 

“Həmin vaxt dövlət başçısının məsələyə münasibəti, dəyərləndirməsi oldu. Buna görə də ictimai rəyə təsirinin dövlətin və cəmiyyətin mənafeləri ilə uzlaşdırılması, səmərəli məcraya salınması, ölkəmizin dünyada daha sistemli şəkildə təbliği üçün onlayn media vasitələrinə də dövlət dəstəyi şamil edilə bilər”.
 
İclasda məsələ ilə əlaqədar kriteriyaların dəqiqləşdirilməsinin, yekun təkliflərin ölkə rəhbərliyinə təqdim edilməsinin zəruriliyi önə çəkilib.