» » » “Azərişıq” “Palmali”nin işığını kəsdi

“Azərişıq” “Palmali”nin işığını kəsdi

“Azərişıq” “Palmali”nin işığını kəsdi

Artıq iki gündür şirkət qaranlıqda qalıb.

Son dövrlər yaşanan maliyyə çətinlikləri, deyəsən böyük şirkətlərdən də yan keçməyib. Maliyyə böhranı səbəbindən böyük şirkətlərin bəziləri hətta kommunal xərcləri belə ödəməyə çətinlik çəkir. Bu günlərdə isə Lənkəranda “Palmali” Şirkətlər Qrupuna məxsus şirkətin işıqları kəsilib.

ucarliyiq.biz xəbər verir ki, şirkətin işçilərindən Modern.az saytına verilən məlumata görə, artıq iki gündür şirkət qaranlıqda qalıb.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “Palmali” Şirkətlər Qrupuna məxsus şirkətlə yanaşı, daha 4 şirkətin işıqlarını kəsib. İşıqlar kəsilməzdən iki gün öncə isə onlara borcla bağlı xəbərdarlıq edilibmiş.

Görünür, borcun ödənilməməsi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətini də elektrik enerjisini dayandırmaq məcburiyyətində qoyub.

Məsələ ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə də əlaqə saxladıq. Amma qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məzuniyyətdə olduğundan elektrik enerjisinin kəsilməsi səbəbini tam dəqiqləşdirə bilmədik.