» » » Bakıda təcili tibbi yardımın həkimlərini döydülər

Bakıda təcili tibbi yardımın həkimlərini döydülər

Bakıda təcili tibbi yardımın həkimlərini döydülər

Faktla bağlı araşdırma aparılır.

Dünən Sabunçu rayonunda 13 saylı Təcili Yardım Stansiyasının həkimləri xoşagəlməz hadisə ilə üzləşiblər.

ucarliyiq.biz haqqin.az-a istinadən xəbər verir ki, həkimlər və tibb bacısı Aynur Süleymanova saat 16:00 radələrində Bakıxanov qəsəbəsinə çağırışa gediblər. Burada onlara iki naməlum şəxs hücum edərək döyüb. Təcili tibbi yardım işçiləri gücnən hadisə yerindən uzaqlaşa biliblər.

Hal-hazırda faktla bağlı araşdırma aparılır. Sabunçu rayon 13-cü polis bölməsinin əməkdaşları insidentin baş vermə səbəblərini araşdırırlar.