» » » Dərmanlar əlavə dəyər vergisindən azad edilə bilər

Dərmanlar əlavə dəyər vergisindən azad edilə bilər

Dərmanlar əlavə dəyər vergisindən azad edilə bilər

Əli Əhmədovdan açıqlama.

Azərbaycanda dərmanların əlavə dəyər vergisindən azad edilməsi məsələsi üzərində düşünülür.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.
 
O qeyd edib ki, dünyanın ayrı-ayrı ölkələrində dərmanların əlavə dəyər vergisindən azad olunması, habelə bu və ya digər dərəcədə əlavə dəyər vergisinə cəlb olunmasına dair nümunələr var.

“Biz bunu araşdırırıq və güman edirəm ki, Azərbaycan üçün məqbul olan formada qərar qəbul olunacaq. Bütövlükdə Azərbaycanda vətəndaşların həm keyfiyyətli, həm də qiyməti süni surətdə şişirdilməyən dərmanlarla təmin edilməsi istiqamətində vacib işlər görülür, bundan sonra da görüləcək. Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Azərbaycanın dərman bazarı sağlam meyarlar və prinsiplər əsasında fəaliyyət göstərsin”, - deyə Ə.Əhmədov bildirib.