» » » Bakının ənənəvi qəssabları iş başında (FOTO)

Bakının ənənəvi qəssabları iş başında (FOTO)

Bakının ənənəvi qəssabları iş başında (FOTO)

Bakıda ənənəvi qəssabxanalar öz fəaliyyətini hələ də davam etdirir. Ucarliyiq.biz xəbər verir ki, həmin ət kəsimi məntəqələlərindən bəzilərində antisanitar vəziyyət hökm sürür.
Bakı sakini Esmira Əliyevanın sözlərinə görə, hər gün binalarının qarşısında yerləşən qəssabxanada heyvanlar antisanitar vəziyyətdə kəsilir: “İşə gedən zaman bu vəziyyətin şahidi oluram. Bununla bərabər mənimlə birlikdə məktəbə gedən azyaşlı övladım kəsilmiş heyvanın qanını və digər orqanlarını gördükdə qorxu hissi keçirir”.
Sakinlərin göndərdiyi şəkillərdə də antisanitar vəziyyət açıq-aşkar görünür.
Bakının ənənəvi qəssabları iş başında (FOTO)

Bakının ənənəvi qəssabları iş başında (FOTO)

Bakının ənənəvi qəssabları iş başında (FOTO)

Antisanitar vəziyyətdə ət kəsimi
Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlli açıqlamasında bildirdi ki, idarədə qeydiyyatda olan qəssabxanalarda belə antisanitar vəziyyətə rast gəlinmir.
“Həmin qəssabxanalara nəzarət edilir. Amma idarənin nəzarətində olmayan qəssabxanalarda özbaşına kəsimlər həyata keçirilir. Əsasən mağazalara verilən ətlərə nəzarət edirik. Bizim elə bir işçi qüvvəmiz də yoxdur ki, gizli və qanunsuz ət kəsimi məntəqələrinə tam nəzarət edək. Gizli ət kəsimlərinə tam nəzarət etmək mümkün deyil. Biz də istəyirik ki, ət kəsimləri mərkəzləşdirilmiş qaydada aparılsın”, - deyə idarə rəsmisi bildirdi.
Bakının ənənəvi qəssabları iş başında (FOTO)

Yolçu Xanvəlli - Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri
Yolçu Xanvəllinin sözlərinə görə, qanunsuz ət kəsimi ilə məşğul olan fiziki, hüquqi, vəzifəli şəxslər üçün müxtəlif cərimələr var.
Bakının ənənəvi qəssabları iş başında (FOTO)

Bakının ənənəvi qəssabları iş başında (FOTO)

Bir müddət əvvəl paytaxtın girişində böyük ət kəsimi məntəqələrinin tikilməsi gündəmə gəlmişdi. Bu məntəqələrin əsasən Şamaxı, Salyan və Quba
istiqamətlərində tikintisi nəzərdə tutulurdu.
Məntəqələrin yaradılmasında məqsəd şəhərə diri heyvanların gətirilməsinin qarşısını almaqdır. Həmin ət kəsimi məntəqələrinə mərkəzləşdirilmiş qaydada nəzarət olunacaq. Yəni şəhərə ət bir neçə iri qəssabxanadan daxil olacaq. Amma ortada hələ ki, heç bir nəticə yoxdur.
Məntəqələrin yaradılması ilə bağlı Kənd Təsarrüfatı Nazirliyi ilə əlaqə saxlamaq istədik. Amma iki gün ərzində zənglərimizə cavab verən olmadı.
Yəqin ki, dövlət tərəfindən milyonlarla manat xərclənən bu ət kəsimi məntəqələrinin tikintisi yaxın vaxtlarda başa çatacaq. Bu məntəqələr vətəndaşlara sağlam və daha keyfiyyətli ət məhsulları ilə təqdim edilməsinə öz töhvəsini verəcək. Yəni həmin məntəqələrin tikilməsinə xərclənən pullar havaya getməyəcək.