» » » İtkin düşmüş neftçinin cəsədi Azərbaycana gətirilib (YENİLƏNİB)

İtkin düşmüş neftçinin cəsədi Azərbaycana gətirilib (YENİLƏNİB)

İtkin düşmüş neftçinin cəsədi Azərbaycana gətirilib (YENİLƏNİB)

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti Azərbaycana gətirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən əlumata görə,bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi gecə saatlarında geri qayıdıb.
Neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti aidiyyəti üzrə təhvil verilib.
23:15
Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin kimliyi aydın olub.
Ucarliyiq.biz xəbər verir ki, bu, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir. Onun Qarabağ müharibəsinin iştirakçısı olduğu bildirilir.
43 yaşlı Sahib Şahmarov Ağdam, Şuşa , Laçın və Füzulidə döyüşlərdə iştirak edib. Qarabağ döyüşlərində Sahib güllə yarası alıb. Sağaldıqdan sonra Şahmarov yenidən cəbhəyə yollanıb və bir neçə dəfə mükafatlandırılıb.
Onun iki uşağı qalıb: 11 yaşlı Məhəmməd və 10 yaşlı Məsumə.
İtkin düşmüş neftçinin cəsədi Azərbaycana gətirilib (YENİLƏNİB)

Sahib Şahmarovun cəbhə şəkli
Cəsədin Sahib Şahmarova məxsus olması barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat yayıb. Neftçinin nəşi yaxın saatlarda vətənə gətiriləcək. Daha öncə, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə tapılmış meyitin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana yol düşüb.
Xəzər dənizinin Türkmənistan sektorunda cəsəd yanvarın 29-da axşam saatlarında aşkar edilib. Bu barədə Azərbaycan tərəfinə diplomatik kanallarla məlumat verilib.
Yaxın saatlarda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və “Azneft” İB-nin işçiləri ilə birlikdə cəsədin tanınması və Respublikaya gətirilməsi üçün Türkmənistana yola düşəcəklər.
Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
4 dekabr 2015-ci il tarixində “Günəşli” yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə olan vəziyyətə əsasən 33 nəfər xilas olub, 11 nəfər həlak olub (Əlavə 1) və 19 nəfər (Əlavə 2) itkin düşüb.
Eyni zamanda həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər (Əlavə 3) işçisi itkin düşüb. “Günəşli” yatağından təxliyyə edilmiş işçilərə lazımi tibbi yardım göstərilib, bir nəfər isə Ələkbərov Bəxtiyar Söhrab oğlu yanıq xəsərəti ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alır.
Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardır:
1 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
2 Rzaxanov Edik Rivazin o. 15.01.1983
3 Babazadə Tural Fətəli o. 01.09.1993
4 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
5 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
6 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
7 Abdullayev Adil Ələkbər o. 19,02,1953
8 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
9 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
10 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
11 Niyazov Seyfəddin Abil o. 09.02.1968
12 İskəndərov İnqilab Osman o. 29.11.1957
13 Mayborda Oleq Akimoviç 21.11.1971
14 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
15 İbrahimov Xalid Bəşir o. 12.08.1971
16 Həsənov Zaur Vahid o. 24.12.1975
17 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
18 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
19 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
20 Xəlilov Zaur Arif o. 15.09.1975
21 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
22 Əliyev Əyyub Xəlil o. 22.07.1973
Xəzərdəki faciə ilə bağlı digər bütün məlumatlar aşağıdakı linklərdə:
[url=http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366661Xəzərdə helikopterlərlə axtarışlar dayandırıldı (YENİLƏNİB - 3, VİDEO)[/url]
6 neftçinin meyiti tapıldı (YENİLƏNİB I, VİDEO)
Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB - 2, FOTO)
Xilas edilən neftçi hadisənin necə baş verdiyini ANS-ə danışdı (VİDEO, YENİLƏNİB)
Xəstəxanadakı yaralıların siyahısı və diaqnozu (YENİLƏNİB)
Xəzərdəki faciədə bir nəfərin cəsədi tapıldı
Neft daşlarındakı faciə ilə bağlı yeni məlumat yayıldı (YENİLƏNİB)
Xəzərdə yanğında olan işçilərin son vəziyyəti (YENİLƏNİB, FOTO)
SOCAR prezidenti yanan platformada - özüldə işçilər qalıb (VİDEO, YENİLƏNİB)
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Prezident Xəzərdəki yanğınla bağlı sərəncam verdi
Xəzərdəki itkilərlə bağlı rəsmi açıqlama
Xəzərdə xilas edilən və itkin düşənlərin adları (TAM SİYAHI)
Azərbaycanda matəm elan olundu
Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Xəzər dənizindəki əməliyyatdan ilk görüntülər (VİDEO)
Xəzərdə baş verən faciə ilə bağlı ANS TV və ANS ÇM proqramını dəyişdi
Azərbaycan matəm içində: əyləncəli tədbirlər təxirə salındı, bayraqlar endirildi (FOTO)
Xəstəxanaya yerləşdirilən neftçilər haqda son məlumat
#PrayForAzerbaijan: "Günəşli" faciəsi sosial şəbəkələrdə anılır