» » » Zahid Oruc Çingiz Abdullayevin 4 uşaq atası ilə bağlı yazdıqlarına cavab verdi

Zahid Oruc Çingiz Abdullayevin 4 uşaq atası ilə bağlı yazdıqlarına cavab verdi

Zahid Oruc Çingiz Abdullayevin 4 uşaq atası ilə bağlı yazdıqlarına cavab verdi

“Ən azı 1000 boş vəzifə yeri yaranmış olar”.

Millət vəkili Zahid Oruc parlamentin yaz sessiyasının ilk iclasında xalqı yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin səsləndirdiyi fikirlərə münasibət bildirib.

ucarliyiq.biz “Qafqazinfo”-ya istinadən xəbər verir ki, deputat qeyd edib ki, Ç. Abdullayev özü dörd vəzifəni daşıyır:

“Çingiz Abdullayev elə qələm adamlarındandır ki, öz yazıları ilə daim yaxşı yaşaya bilər. Mətbuata bildirib ki, “əgər dörd uşaq atasını ixtisardan qoruya bilmirəmsə, mən necə adamam”? Onun narahatlığını başa düşürəm. Amma onun açıqlaması özünə də aiddir. 

Çünki özü dörd vəzifə daşıyır. Həmçinin, bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu millət vəkillərinə də aiddir. Qoy Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, bununla ən azı 1000 boş vəzifə yeri yaranmış olar”.

Qeyd edək ki, Çingiz Abdullayev sosial şəbəkələrdə ixtisarlara belə münasibət bildirmişdi:

“İxtisara salınmalı şəxslər arasında böyük ailə başçısı da var idi. İxtisara salındığını bildikdə, ağladı. Bunu yazdığım üçün məni bağışlasın. Amma onun əmrini imzalaya bilmədim. Sadəcə, bacarmadım. Görünür, yarıtmaz rəhbərəm. Əmri imzalamadım, imzalamayacağam da. 

Hətta heç də düzgün etmədiyimi başa düşsəm belə. Öz əməkdaşlarını ixtisara salanları ittiham etmirəm. Çox vaxt onların başqa çıxış yolu olmur. Amma mən bacarmıram.

4 uşaq atasını müdafiə edə bilmirəmsə, kimə lazımdı mənim kitablarım? Başqa insanı başa düşə bilmirsinizsə, kimə lazımdı ləyaqət və xeyirxahlıq çağırışları?”