» » » Polşanın Azərbaycandakı konsulu qəzaya düşdü

Polşanın Azərbaycandakı konsulu qəzaya düşdü

Polşanın Azərbaycandakı konsulu qəzaya düşdü

Faktla bağlı araşdırma aparılır.

Polşanın Azərbaycandakı səfirliyinin konsulu Kontrant Viklo idarə etdiyi xidməti “KİA” markalı avtomobillə Səbail rayonunun Badamdar qəsəbəsində qəzaya düşüb. 

ucarliyiq.biz “Report”-a istinadən xəbər verir ki, 31 yaşlı konsulun maşını Bakı şəhər sakini Hafis Tağıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı Səbail Rayon Dövlət Yol Polisi İdarəsində (DYPİ) araşdırma aparılır.