» » » Bakıda daha bir yol bağlanır

Bakıda daha bir yol bağlanır

Bakıda daha bir yol bağlanır

“Formula-1”ə görə.

Bakının mərkəzində daha bir yol bağlanır. 

Nəqliyyatı İntrellektual İdarəetmə Mərkəzindən ucarliyiq.biz-a verilən məlumata görə, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək “Formula-1” yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. 

Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

Asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işlərinə görə fevralın 2-i səhər saatlarından etibarən “İstiqlaliyyət” küçəsinin “Azərbaycan” prospekti ilə kəsişməsindən başlayaraq “Niyazi” küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

Bu yolda avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyətlərin fevralın ortasınadək davam edəcəyi gözlənilir.

Xatırladaq ki, yarışdan öncə salınacaq və “Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.