» » » Bakıda güclü külək proqnozlaşdırılır

Bakıda güclü külək proqnozlaşdırılır

Bakıda güclü külək proqnozlaşdırılır

Rayonlarda qar və sulu qar yağacaq.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-ə verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 4-7, gündüz 8-12 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Fevralın 2-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan, 2 dərəcəyədək isti, gündüz 6 dərəcə isti olacaq.