» » » Gömrükçülər külli miqdarda aksizsiz siqaret aşkarladı

Gömrükçülər külli miqdarda aksizsiz siqaret aşkarladı

Gömrükçülər külli miqdarda aksizsiz siqaret aşkarladı

DGK məlumat yaydı.

Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda siqaretin keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən ucarliyiq.biz-a verilən məlumata görə, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Şükür Qurbanzadənin idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Baxış zamanı həmin nəqliyyat vasitəsinin arxa oturacağının söykənəcək hissəsinin altında xüsusi hazırlanmış yerdə 1158 qutu “MM” markalı siqaret aşkar olunaraq götürülüb.

Siqaret qaçaqmalçılığı ilə bağlı digər fakt Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda qeydə alınıb. 

Burada isə Azərbaycan vətəndaşı Maarif Rzayevin idarə etdiyi “Toyota Land Cruiser” markalı nəqliyyat vasitəsinə baxış zamanı həmin avtomaşının yük yerində Rusiyanın aksiz markası ilə markalanan 240 qutu “Parliament Aqua Blue” əmtəə nişanlı siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.