» » » Azərbaycanda yol polisi sürücünü belə sürüdü – VİDEO

Azərbaycanda yol polisi sürücünü belə sürüdü – VİDEO

Azərbaycanda yol polisi sürücünü belə sürüdü – VİDEO

Görüntülər yayılıb.

Azərbaycanda yol polisi ilə sürücü arasında daha bir xoşagəlməz hal yaşanıb.

ucarliyiq.biz Bizimyol-a istinadən verir ki, polislər sürücünü sürüyüblər. 

Qeyd edək ki, görüntülər bir həftə əvvələ aid olsa da harada çəkildiyi məlum deyil.

Əalvə edək ki, YPX inspektoru 6 halda sürücüyə nəqliyyat vasitəsinin salonundan çıxmağı təklif edə bilər. 

"Yol-patrul xidməti haqqında" Təlimatın 11.6-cı bəndində deyilir ki, YPX inspektoru aşağıdakı hallarda sürücüyə nəqliyyat vasitəsinin kabinəsindən (salonundan) çıxmağı təklif edə bilər: 

1) nəqliyyat vasitəsinin texniki nasazlığının və ya yükün daşınması qaydalarının pozulması hallarının aradan qaldırılması üçün; 

2) sürücünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsasın olduğu halda;

3) nəqliyyat vasitəsinin aqreqat və detallarının nömrələrinin qeydiyyat sənədlərindəki qeydlərlə sürücünün iştirakı ilə tutuşdurulması üçün;

4) nəqliyyat vasitəsi və yükə baxış keçirilməsi üçün; 

5) sürücü və ya sərnişinlərin cinayət törətməsində şübhəli bilindiyi halda; 

6) sürücülərin zəruri sənədlərin rəsmiləşdirilməsi və ya digər yol hərəkəti iştirakçılarına yardım göstərilməsində köməyinin tələb edildiyi digər hallarda.