» » » Bakıda daha bir yol bağlanacaq

Bakıda daha bir yol bağlanacaq

Bakıda daha bir yol bağlanacaq

Əraziyə lazımi sayda qüvvə cəlb olunacaq.

Bakı şəhərinin Yasamal rayonu Məhəmməd Xiyabani küçəsinin Abbas Mirzə Şərifzadə və Həsən bəy Zərdabi küçələri ilə kəsişmələri arasında yerləşən təqribən 320 metrlik hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq bağlanacaq. 

"Azəryolservis" ASC-dən ucarliyiq.biz-ə daxil olan məlumata görə, bu, aparılacaq təmir işləri ilə əlaqədar həyata keçiriləcək. 

Qeyd edilən küçənin həmin hissəsində nəqliyyat vasitələrinin hərəkətinə fevralın 1-dən 2-nə keçən gecə məhdudiyyət qoyulacaq.

M.Xiyabani küçəsinin Şərifzadə və H.Zərdabi küçələri arasında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitəndən sonra bərpa ediləcək.

"Həmin hissədə aparılacaq təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəz olunacaq, köhnə səki daşları da sökülərək, hər iki istiqamət üzrə yeni səki daşları düzüləcək. Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunacaq", - deyə şirkətdən bildirilib.