» » » Məhəmməd Əmin Rəsulzadənin büstü hasarlandı

Məhəmməd Əmin Rəsulzadənin büstü hasarlandı

Məhəmməd Əmin Rəsulzadənin büstü hasarlandı

Ötən gün doğumunun 132-ci ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstünün yerləşdiyi Gəncə Dəmiryolçular Parkının ətrafı yenidən tamamən bağlanıb.
Bu barədə şəhər sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, əvvəllər də təmir işləri aparılan parkın ətrafı bağlı olsa da, insanların giriş-çıxışı üçün yerlər var idi. Ancaq bu gün səhərdən başlayaraq parkın ətrafı tamamən bağlanıb. İnsanlar M. Ə. Rəsulzadənin büstünü ziyarət etmək üçün gəlsələr də parkın hər tərəfi bağlı olduğu üçün bu mümkün deyil.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Həsən Əliyev bildirdi ki, dəmiryolçular parkı Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansındadır və hər hansı təmir-tikinti yaxud başqa fəaliyyətləri QSC həyata keçirir. Ona görə də bu məsələnin icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur.

Ərazinin hasarlanmasını əks etdirən video
Dəmir Yolları QSC-nin yükdaşımalar departeminin qərb bölgəsi üzrə bölmə rəisi Qurban Nəbiyev bildirdi ki, parkın ətrafı dünən gecə saatlarında naməlum şəxslər tərəfindən bağlanıb: "Mən dünən ərazidən keçərkən parkın ətrafının hər tərəfi bağlı deyildi. Ancaq gecə saatlarında kimlərsə gələrək ərazini tamamən bağlayıb. Məsələ ilə mən baş idarəyə müraciət etmişəm. Yaxın saatlarda polisə də şikyət edəcəm ki, bu addımı kimin atdığı müəyyən edilsin. Hələlik isə kimlərin belə bir addım atdığı məlum deyil. Parkın hansı qurumun səlahiyyətində olmasına gəlincə, ərazi bizim səlahiyyətimizdədir".
Məhəmməd Əmin Rəsulzadənin büstü hasarlandı

Məhəmməd Əmin Rəsulzadənin büstü hasarlandı

Parkın atrafı hasarlanıb
Xatırladaq ki, ötən ilin dekabr ayının 4-də M.Ə.Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular parkında qoyulmuş büstünün başına keçirilmiş çuval çıxarılıb. . Həmin gün səhər parka gələn işçilər çuvalı çıxarıblar.
Rəsulzadənin büstünün üzərindəki çuval bir neçə il öncə keçirilmişdi. Parça ilə bükülmüş büst M.Ə.Rəsulzadənin Gəncədəki yeganə büstüdür. Bu torbanın əvvəlcə parkda aparılan təmir işləri ilə bağlı keçirildiyi deyilirdi. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq çuvalın çıxarılmaması qalmaqala səbəb olmuşdu.
Məhəmməd Əmin Rəsulzadənin büstü hasarlandı

Büstün əvvəlki forması
Məhəmməd Əmin Rəsulzadənin büstü hasarlandı

Üzəri açılan büst
Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə dekabr ayının əvvəllərində ictimaiyyət arasında daha çox müzakirə mövzusuna çevrilib. Buna səbəb isə Milli Məclisin yeni seçilmiş gənc deputatının Naqif Həmzəyevin onun haqqında dediyi sözlər olub. N. Həmzəyevin sözləri yalnız cəmiyyətdə deyil, həm də deputat həmkarlarının ciddi narazılığı ilə qarşılanıb. O, deyib ki, "mən Məhəmməd Əmin Rəsulzadə adında tarixi şəxsiyyət tanımıram".
Məlumat üçün deyim ki, deputatın bu açıqlaması sosial şəbəkələrdə, mediada, həmkarları pislənilib. Hətta onun deputatlıqdan geri çağırılması üçün facebookda səhifələr yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.