» » » Magistratura imtahanının vaxtı bəlli oldu

Magistratura imtahanının vaxtı bəlli oldu

Magistratura imtahanının vaxtı bəlli oldu

2016-cı ildə ali təhsil müəssisələrinin magistratura və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki təsdiqlənib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən əlumata görə,ali məktəblərin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.
Tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 1-10 mart tarixlərində, imtahanın 1-ci mərhələsi 3 aprel, 2-ci mərhələsi isə 29 iyulda olacaq.
Jurnalistika ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 11-20 apreldə, qabiliyyət imtahanı 26-29 apreldə olacaq.
Qəbul imtahanlarının 2-ci mərhələsi isə iyun ayının 5-də olacaq.
Magistratura imtahanının vaxtı bəlli oldu

Magistratura imtahanının vaxtı bəlli oldu

İmtahanların plan-qrafiki
TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında rəhbərlik etdiyi qurumun birləşməsi haqqında yayılan məlumatlara da toxunub. O deyib ki, ölkədə müəyyən struktur islahatları aparılır. "Nə qərar qəbul olunarsa, biz ona tabe olacağıq. Ancaq hələ ki, TQDK-nın hansısa quruma birləşdirilməsi ilə bağlı heç bir müraciət daxil olmayıb. Üzümü valideynlərə, abituriyentlərə tutub deyirəm ki, heç bir qərar abituriyentlərə zərbə vurmayacaq, onların bilikləri bütün halda obyektiv qiymətləndiriləcək".