» » » MTRŞ rəsmisi: Uşaq verilişləri və cizgi filmləri ilə bağlı tövsiyələr verilir

MTRŞ rəsmisi: Uşaq verilişləri və cizgi filmləri ilə bağlı tövsiyələr verilir

MTRŞ rəsmisi: Uşaq verilişləri və cizgi filmləri ilə bağlı tövsiyələr verilir

“Hal-hazırda efirdə milli dəyərlərlə bağlı ciddi problemlər...”.

Bildiyimiz kimi bir neçə şou və əyləncəli verilişlərdə yol verilən nöqsanlarla bağlı MTRŞ tərəfindən proqramın aparıcıları və televiziya rəhbərliyinə xəbərdarlıq edilib və nəticədə həmin qüsurlar aradan qaldırılıb.

Eyni zamanda yerli istehsal olan serial və filmlərə də bəzi iradlar tutularaq Şura tərəfindən müvafiq məsləhətlər verilib.

Bəs hazırda telekanallarda nümayiş olunan serial və filmlərlə bağlı milli mentalitetə zidd olan ciddi qüsurlar varmı?

Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Təvəkkül Dadaşov ucarliyiq.biz-a açıqlamasında hal-hazırda efirdə milli dəyərlərlə bağlı ciddi problemlər olmadığını bildirib.

MTRŞ rəsmisi həmçinin onu da qeyd edib ki, hər dəfə uşaq verilişləri və cizgi filmləri ilə bağlı ümumi tövsiyələr verilir. Bu sahədə də ciddi pozuntu halları aşkarlanmayıb.