» » » Prezidentin pul mükafatına layiq görülən məktəb (FOTO)

Prezidentin pul mükafatına layiq görülən məktəb (FOTO)

Prezidentin pul mükafatına layiq görülən məktəb (FOTO)

Şəhid Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1 saylı orta məktəbi rayonun ilk orta məktəblərindəndir. 2015-ci ildə yaradılmasının 130 illiyini qeyd edən məktəb ən yaxşı ümumi təhsil müəssisəslərindən biri seçilib və prezident İlham Əliyevin sərəncamı ilə 10 min manat pul mükafatına layiq görülüb.
Ucarliyiq.biz-inbölgə müxbirinin verdiyi məlumata görə, məktəbin direktoru Arif Xəlilov deyir ki, son 3 ildə məktəbin biri qızıl medal almaqla 73 məzun ali məktəblərə qəbul olub, 2 müəllim ilin ən yaxşısı seçilib.
Dövlət başçısnın ayırdığı pul mükafatının hara xərclənməsinə gəlincə, Arif Xəlilov pulun təxminən yarı hissəsinin məktəbin qabaqcıl müəllim və şagirdlərinə mükafat veriləcəyini dedi.
"Qalan məbləğ isə məktəbin müəyyən innevativ tədbirləri üçün - kompyüter, noutbuk və digər avadanlıqların alınması üçün xərclənəcək. Biz bunu pedoqoji şurada müzakirə etmişik, qərar çıxarmışıq", - deyə Arif Xəlilov bildirdi.
Bölgədə uğurları nümunə olan təkcə Qusar şəhər 1 saylı orta məktəbi deyil, təhsildə fərqlənən Quba şəhərindəki 2 saylı orta məktəb - lisey də prezident mükafatına layiq görülüb. Quba təhsil şöbəsinin müdiri Loğman Müslümovun məlumatına görə, son beş ildə rayonda 11 yeni məktəb tikilib, 4-ü isə tikilir.
Amma, hər cəhətdən nümunə olan məktəblərlə yanaşı, rayonda hələ də 26 qəzalı tədris ocağı qalmaqdadır. Həsən bəy Zərdabinin adını daşıyan qəsəbənin 65 müəllimi və 720 şagirdi olan orta məktəbində dərs keçib işləmək, oxumaq doğrudan da təhlükəli və qorxuludur. İri çatları olan divar və tavanı, çürük döşəməsi, sınıq-salxaq pəncərələr, çat vermiş dam örtüyü, bərbad və qəzalı məktəbin əsas görüntülərindəndir.
"Həqiqətən də məktəbin birinci mərtəbəsində döşəmədən, çatlayan divarların arasından belə sürünən həşəratlar çıxır. Hətta uşaqlar da qorxublar, texniki işçilər də", - məktəbin tarix müəllimi Hidran Qurbanov dedi.
Şəhid Bayram Şıxəmirov adına Zərdabi qəsəbə məktəbinin direktoru Aygün İbrahimova bildirdi ki, təhlükəli binaya baxmayaraq son 3 ildə tədris müəssisəsinin 35 məzunu ali məktəblərə qəbul olub. Biz də arzu və ümid edək ki, Zərdabi məktəbinə yeni bina qismət olsun və növbəti pul mükafatından bu məktəbə də pay düşsün.