» » » BDU-nun dekanı insult keçirdi – FOTO

BDU-nun dekanı insult keçirdi – FOTO

BDU-nun dekanı insult keçirdi – FOTO

Ötən gecə professorun səhhəti pisləşib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev insult keçirib. 

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə Modern.az-a Şamil Vəliyevin yaxınları məlumat veriblər.

Ötən gecə dekanın səhhəti pisləşib və təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, o, insult keçirib. Xəstəxanadan isə bildirilib ki, Şamil Vəliyevin vəziyyəti stabildir.

“Bundan başqa heç bir məlumat verə bilməyəcəyik”, - deyə professorun yaxınları bildiriblər.

Qeyd edək ki, professor, filologiya elmləri doktoru, əməkdar jurnalist Şamil Vəliyev 2012-ci ildən Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin dekanıdır.

BDU-nun dekanı insult keçirdi – FOTO