» » » Meyiti tapılan neftçinin kimliyi bəlli oldu (YENİLƏNİB)

Meyiti tapılan neftçinin kimliyi bəlli oldu (YENİLƏNİB)

Meyiti tapılan neftçinin kimliyi bəlli oldu (YENİLƏNİB)

SOCAR yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələrini açıqlayıb.
SOCAR-dan verilən əlumata görə,ekspertlərin rəyinə əsasən, cəsəd “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğluna məxsusdur.
Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
***14-30***
"Yanvar ayının 29-da Xəzər dənizinin Türkmənistan sektorunda tapılan və ölkəmizə gətirilən cəsədin Sahib Güloğlan oğlu Şahmarova məxsus olması xəbəri öz təsdiqini tapmayıb".
Bu barədə neftçi Sahib Şahmarovun qardaşı Seymur Şahmarov məlumat verib. Onun sözlərinə görə, məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin tapılan meyitdən və Sahibin oğlundan götürdüyü analizlər bir-birinə uyğun gəlməyib:
"Bizə bildirdilər ki, meyitdən və qardaşınız oğlundan götürülən analizlər bir-biri ilə üst-üstə düşməyib və tapılan cəsəd qardaşınıza yox, Xoşbəxt adlı şəxsə məxsusdur".
Adı çəkilən Xoşbəxt adlı şəxsin itkin düşən neftçinin 1981-ci il təvəllüdlü Səmədov Xoşbəxt Xanış oğlu olduğu ehtimal olunur.
SOCAR-dan isə yaxın saatlarda bu məsələ ilə bağlı açıqlama veriləcəyi bildirildi.
Sahib Şahmarovun qardaşı bir neçə gün əvvəl verdiyi açıqlamasında morqda gördükləri cəsədin tanınmaz halda olduğunu bildirmişdi: "Demək olar ki, yarısı yox idi. Həm də qardaşıma oxşamırdı. Ona görə tanımaqda çətinlik çəkdik. Bundan sonra məhkəmə tibbi ekspertiza təyin edildi və cəsəddən DNT analizi götürüldü. Sabah isə mərhumun oğlundan bənzər analiz götürüləcək. Əgər analizlərin nəticəsi üst-üstə düşsə meyitin Sahibə məxusluğu təsdiqlənəcək və onu morqdan götürüb dəfn edəcəyik", -deyə S. Şahmarov bildirmişdi.
Meyiti tapılan neftçinin kimliyi bəlli oldu (YENİLƏNİB)

Neftçi Sahib Şahmarov Qarabağ müharibəsində
Yanvarın 29-da Xəzərin Türkmənistan sektorundan kişi meyiti aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, bu meyit “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxtabənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarova məxsusdur.
Onun Qarabağ müharibəsinin iştirakçısı olduğu bildirilir.
43 yaşlı Sahib Şahmarov
Laçın, Füzuli, Şuşa və Ağdamda döyüşlərdə iştirak edib. Qarabağ döyüşlərində Sahib güllə yarası alıb. Sağaldıqdan sonra Şahmarov yenidən cəbhəyə yollanıb və bir neçə dəfə mükafatlandırılıb.
Onun iki uşağı qalıb: 11 yaşlı Məhəmməd və 10 yaşlı Məsumə.
Meyiti tapılan neftçinin kimliyi bəlli oldu (YENİLƏNİB)

Sahib Şahmarovun övladları - Məhəmməd və Məsumə
4 dekabr 2015-ci il tarixində “Günəşli” yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə olan vəziyyətə əsasən 33 nəfər xilas olub, 11 nəfər həlak olub və 19 nəfər itkin düşüb.
Eyni zamanda həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər işçisi itkin düşüb. “Günəşli” yatağından təxliyyə edilmiş işçilərə lazımi tibbi yardım göstərilib, bir nəfər isə Ələkbərov Bəxtiyar Söhrab oğlu yanıq xəsərəti ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alır.
Hazırda axtarışları davam etdirilən şəxslər bunlardır:
1 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
2 Rzaxanov Edik Rivazin o. 15.01.1983
3 Babazadə Tural Fətəli o. 01.09.1993
4 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
5 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
6 Abdullayev Adil Ələkbər o. 19,02,1953
7 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
8 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
9 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
10 Niyazov Seyfəddin Abil o. 09.02.1968
11 İskəndərov İnqilab Osman o. 29.11.1957
12 Mayborda Oleq Akimoviç 21.11.1971
13 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
14 İbrahimov Xalid Bəşir o. 12.08.1971
15 Həsənov Zaur Vahid o. 24.12.1975
16 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
17 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
18 Xəlilov Zaur Arif o. 15.09.1975
19Sahmarov Sahib Güloğlan o. 02.08.1973
20 Əliyev Əyyub Xəlil o. 22.07.1973