» » » Mobil telefonlar və məişət texnikasının qiymətlərində ucuzlaşma - VİDEO

Mobil telefonlar və məişət texnikasının qiymətlərində ucuzlaşma - VİDEO

Mobil telefonlar və məişət texnikasının qiymətlərində ucuzlaşma - VİDEO

Bəzi markaların qiyməti devalvasiyadan əvvəlki qaytarılıb.

Devalvasiyadan sonra mobil telefon və məişət texnikası bazarında 50 faizədək bahalaşma baş verdi. Bu məhsullar əsasən xaricdən gətirildiyi üçün onların qiymətləri dolların məzənnəsinə uyğun qalxdı. Ancaq bahalaşma alıcı qıtlığına səbəb olub. Buna görə də firmalar qiymətləri endirməyə başlayıb.

ucarliyiq.biz-ın Xəzər xəbər-ə istinadən məlumatına görə, mobil telefonlar və məişət texnikası avadanlıqlarının qiymətlərində ucuzlaşma müşahidə olunur

Satıcılar mobil telefon bazarında qiymətlərin 100 manata qədər ucuzlaşdığını, hətta bəzi markaların devalvasiyadan əvvəlki qiymətlərə qaytarıldığını deyirlər.

Bəzi alıcılar qiymətlərdən xəbərsiz olsalar da, ucuzlaşmanı təsdiq edənlər də var

Ucuzlaşma mobil telefonlarla yanaşı, məişət texnikası avadanlıqları bazarında da müşahidə olunur. Televizor, tozsoran, paltaryuyan və digər avadanlıqların qiymətlərində ciddi enmələr var.