» » » Pyer Rişar Bakı ilə bağlı xatirələrini bölüşdü

Pyer Rişar Bakı ilə bağlı xatirələrini bölüşdü

Pyer Rişar Bakı ilə bağlı xatirələrini bölüşdü

“Həyat yoldaşımla o kürünü məmnuniyyətlə yedik”.

Bakıdan söz düşəndə həmişə xatirəmdə orada tanış olduğum səmimi insanlar canlanır. Bakıda özümü çox yaxşı hiss edirəm.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün TASS agentliyində keçirdiyi mətbuat konfransında dünya şöhrətli fransız aktyoru Pyer Rişar deyib.
 
Dünyaca tanınmış aktyor, milyonların sevimlisi, komik rolların usta ifaçısı Bakıdan Fransaya, evinə kürü gətirdiyini xatırlayıb: 

“Fransada kürü çox bahalı nemətdir. Yadımdadır, 20 il əvvəl Bakıdan qayıdanda dostlarım çantama qara kürü ilə dolu banka qoymuşdular. Həyat yoldaşımla o kürünü məmnuniyyətlə yedik”.