» » » Xırdalan qəbiristanlığı palçıq vulkanının üzərində yerləşir

Xırdalan qəbiristanlığı palçıq vulkanının üzərində yerləşir

Xırdalan qəbiristanlığı palçıq vulkanının üzərində yerləşir

“Həmin vulkanın püskürəcəyini güman etmirəm”.

Bakı-Sumqayıt magistral yolunun sol tərəfindəki Xırdalan qəbiristanlığı “Zigilpiri” palçıq vulkanının üzərində yerləşir. 

ucarliyiq.biz xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, həmin vulkan nisbətən sönüb, aktiv deyil.

A.Əliyev qeyd edib ki, qəbiristanlıqda qəbirlərin sementlənməsi ərazidə vulkan püskürməsinin də qarşısını alır: 

“Həmin vulkanın püskürəcəyini güman etmirəm. Digər tərəfdən, bu vulkan püskürə bilməz, çünki orada xeyli sayda qəbir var. Onlar sementlənib, ona görə də orada püskürmə baş verə bilməz”.

A.Əliyev bildirib ki, istənilən vulkanın yaxınlığında ev və digər tikililər olmamalıdır. Onun sözlərinə görə, vulkan püskürdükdə xəsarət faktının olmamasından ötrü tikililər ondan ən azı 1-1,5 km aralı olmalıdır: 

“Binəqədi rayonundakı “Keyrəki” vulkanının yanında böyük yaşayış massivi yaradılıb. Qobuda “Bozdağ” vulkanı yaxınlığında da 2-3 yaşayış binası tikilib. Ancaq indi bu məsələyə ciddi fikir verilir, tikinti işlərinin aparılmasına icazə verilmir”.