» » » Zakir Qaralov iki rayona prokuror təyin etdi

Zakir Qaralov iki rayona prokuror təyin etdi

Zakir Qaralov iki rayona prokuror təyin etdi

Baş prokuror əmr imzalayıb.

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

ucarliyiq.biz xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Şəmkir rayon prokuroru Allahverdi Novruzov və Gəncə şəhər prokurorunun müavini Elçin Məmmədov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Masallı və Lənkəran rayon prokuroru vəzifələrinə təyin ediliblər.