» » » Cəzaçəkmə müəssisəsində məhkum öldü

Cəzaçəkmə müəssisəsində məhkum öldü

Cəzaçəkmə müəssisəsində məhkum öldü

Araşdırma aparılır.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib. 

ucarliyiq.biz xəbər verir ki, Nazirliyin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya bildirib ki, fevralın 3-də 10 saylı cəzaçəkmə müəssisəsində səhər yoxlaması zamanı məhkum Bədəlov Rahil Zahir oğlu qəflətən dünyasını dəyişib. 

Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.