» » » Gömrükçülər külli miqdarda qızıl-zinət əşyası müsadirə etdilər

Gömrükçülər külli miqdarda qızıl-zinət əşyası müsadirə etdilər

Gömrükçülər külli miqdarda qızıl-zinət əşyası müsadirə etdilər

DGK məlumat yaydı.

Azərbaycan gömrükçüləri külli miqdarda qızıl-zinət əşyalarının ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, Moskva-Bakı aviareysinin sərnişini, Rusiya Federasiyasının vətəndaşı Patimat Kurbanovanın əl çantası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən yoxlanılarkən həmin çantada “Nebula”, “TİTAN” və “Guess” markalı cəmi 3 ədəd qol saatı, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük aşkar olunub.

P.Kurbanovanın üzərində şəxsi yoxlama zamanı isə “TİTAN” markalı daha 2 ədəd qol saatı, 2 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və üzərində ürək formalı kulon olan 1 ədəd qızıl boyunbağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.