» » » Qaydanı pozan yol polisləri - VİDEO

Qaydanı pozan yol polisləri - VİDEO

Qaydanı pozan yol polisləri - VİDEO

Sürücü olsaydı, yol polisi ona cərimə tətbiq edəcəkdi.

Dövlət yol polisi əməkdaşlarının yol hərəkəti qaydalarını pozmasını əks etdirən videolar çox yayılıb.

ucarliyiq.biz xəbər verir ki, avtosfer.az saytı bu mövzuda daha bir yayıb. 

Video Binəqədi rayonunda çəkilib. “Akabe” inşaat adlanan ərazidə piyada keçidindən keçən piyadalara yol verməyən Yol-Patrul Xidmətinin iki avtomobili hərəkəti sürətlə davam etdirirlər. Diqqət etsək, onlardan yalnız birinin qayda pozduğunu ehtimal etmək olar. 

Yəni, qarşıdakı DYP avtomobilinin hərəkət etdiyi hissədə piyada yox idi. Piyada əks tərəfdə hərəkət edirdi. Lakin ikinci YPX maşını yaxınlaşanda artıq piyada həmin hərəkət hissəsinə daxil olmuşdu.

Amma yol polislərinin sürücülərə qarşı münasibəti ilə tutuşdursaq, hər iki DYP avtomobilinin sürücüsü qaydaları pozub. Çünki bu situasiyada hansı sürücü olsaydı, yol polisi dərhal ona cərimə tətbiq edəcəkdi. Əslində isə əks zolaqda olan piyadaya görə sürücülərə cərimə tətbiq edilməsi yanlış yanaşmadır.

O ki qaldı yol polisi avtomobilini operativ nəqliyyat vasitəsi sayılmasına, bəli, operativdir, amma səs siqnalı və sayrışan işıqlardan istifadə olunmalıdir. Amma bu videodakı YPX maşınlarında bunu görmürük. Onlar keçidə yaxınlaşarkən sürəti azaltmadan hərəkəti davam etdirirlər...

Sayt yazır ki, videonu çəkən şəxs onu info@dyp.gov.az ünvanına göndərsə də, cavab verilməyib.