» » » Qış günü yaz havası olacaq

Qış günü yaz havası olacaq

Qış günü yaz havası olacaq

Sabah havanın hərarəti 20 dərəcəyə kimi yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən əlumata görə,Bakıda və Abşeron yarımadasında fevralın 05-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcəyədək isti, Bakıda gecə 4-6, gündüz 14-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-8 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacaq.