» » » Məktəbli kanalda boğuldu

Məktəbli kanalda boğuldu

Məktəbli kanalda boğuldu

Faktla bağlı araşdırma aparırlar.

Şəmkir rayonunun Abbaslı kəndində 8 yaşlı məktəbli günorta saatlarında itkin düşüb.

ucarliyiq.biz Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, valideynləri uşağın məktəbə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.

Aparılan axtarışların nəticəsi olaraq, axşam saat 20 radələrində uşağın meyiti kəndin ərazisindən keçən kanalda tapılıb.

Hazırda rayon hüquq-mühafizə orqanı əməkdaşları faktla bağlı araşdırma aparırlar.