» » » Avtomobili etibarnaməsiz də sürmək olacaq - VİDEO

Avtomobili etibarnaməsiz də sürmək olacaq - VİDEO

Avtomobili etibarnaməsiz də sürmək olacaq - VİDEO

Yeni qaydalar hazırlanıb.

Heç kəsə sirr deyil ki, avtomobili yalnız sürməyə hüquq verən etibarnamə ilə bağlı bəzi məqamlarda mübahisələr yaranırdı. Yəni bu tip etibarnaməsi olan sürücü içəridə ola-ola avtomobili vəsiqəsi olan başqa şəxs idarə edirdisə, onda cərimələr tətbiq edilirdi. Bunun qarşısını almaq üçün inzibati xətalar məcəlləsində dəyişiklik ediləcək.

ucarliyiq.biz-ın Xəzər xəbər-ə istinadən məlumatına görə, avtomobili etibarnamə ilə idarə edənlərlə bağlı yeni qaydalar hazırlanıb. 

Qaydaların mayın 1-də qüvvəyə minməsi gözlənilir. Hazırkı Məcəllə nəqliyyat vasitəsini etibarnamə olmadan yalnız onun sahibi avtomobildə olduqda idarə edilməsinə icazə verir. Söhbət baş etibarnamədən yox, avtomobili yalnız sürmək üçün verilən etibarnamədən gedir

İndiki qaydalara bu tip etibarnaməsi olan şəxs avtomobildə olsa belə, maşını başqasına idarə etməyə verəndə cərimələr tətbiq edilirdi. Etibarnaməsi olan deyil, avtomobili idarə edən şəxs 40 manat miqdarında cərimələnirdi. Bu yanaşma mülki qanunvericiliyin mahiyyətinə ziddir və dəfələrlə bununla bağlı yol polisləri ilə sürücülər arasında mübahisə yaşanırdı. Yeni qaydalar bu problemlərə son qoya bilər.