» » » Bakını mərkəzində qaydaları pozan yol polisi – VİDEO

Bakını mərkəzində qaydaları pozan yol polisi – VİDEO

Bakını mərkəzində qaydaları pozan yol polisi – VİDEO

DYP əməkdaşının qanunsuz hərəkətləri kameraya düşdü.

Bakını mərkəzində Dövlət Yol Polisnin əməkdaşının qanunsuz hərəkətləri kameralara düşüb.

ucarliyiq.biz-a daxil olan məlumata görə, fevralın 2-də təxminən saat 12:00 radələrində Bakıda metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında Hüseyn Cavid prospekti ilə hərəkət edən DYP sürücüsü kobud şəkildə yol hərəkəti qaydasını pozub.

Belə ki, Hüseyn Cavid prospekti ilə Şəhidlər Xiyabanı-Vergilər Nazirliyi istiqamətində hərəkətdə olan DYP avtomobilinin sürücüsü səs siqnalı və sayrışan işıqlardan istifadə etmədən qoşa xətti tapdalayıb, əks yola çıxaraq dönmə əməliyyatını həyata keçirib.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 48-ci maddəsində və 74-cü maddəsində göstərilib ki, “Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar”.

“Yol Patrul Xidməti Haqqında Təlimat”ın 7.43 cü bəndində göstərilib ki, “Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı yol hərəkəti qaydalarının pozulması vəziyyəti yarandığı halda YPX inspektoru bu barədə digər hərəkət iştirakçılarını məlumatlandırmaqla qırmızı və ya göy sayrışan işıq siqnallarından istifadə etməlidir”.

Bakını mərkəzində qaydaları pozan yol polisi – VİDEO

Bakını mərkəzində qaydaları pozan yol polisi – VİDEO

Bakını mərkəzində qaydaları pozan yol polisi – VİDEO

Bakını mərkəzində qaydaları pozan yol polisi – VİDEO

Elvin Əhmədov
VİDEO: Cavid Fərəcli