» » » İlham Mirzəyevin ayaqları tutulub

İlham Mirzəyevin ayaqları tutulub

İlham Mirzəyevin ayaqları tutulub

Aparıcının vəkili açıqlama verdi.

Dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyevin ayaqları tutulub. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə Trend-ə İ.Mirzəyevin vəkili Telman Abdiyev məlumat verib.

Vəkil bildirib ki, İ.Mirzəyevin vəziyyəti yaxşı deyil:

“İlham Mirzəyevin belində fəqərəarası yırtıq var, o, bu xəstəlikdən əziyyət çəkir. Son vaxtlar vəziyyəti pisləşib və hazırda onun ayaqları tutulub”.

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub.

İttihama əsasən, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir.

Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apellyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.