» » » Nazirlikdən intihara cəhd edən sahibkarla bağlı – AÇIQLAMA

Nazirlikdən intihara cəhd edən sahibkarla bağlı – AÇIQLAMA

Nazirlikdən intihara cəhd edən sahibkarla bağlı – AÇIQLAMA

“Marşrut xəttinin bağlandığı da həqiqət deyil”.

Bu gün “Amal-D” MMC şirkətinin rəhbəri olan sahibkar Dönməz Abutalıb oğlu Məmmədovun Nəqliyyat Nazirliyinin yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd edib. Qarabağ veteranı olan Dönməz Məmmədov intihara cəhd etməsinə səbəb olaraq şəxsinə məxsus olan 501 nömrəli marşrut xəttinin bağlanmasını göstərib.

ucarliyiq.biz-ın məlumatına görə, Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a bildiriblər ki, sahibkar Dönməz Məmmədovun 501 nömrəli marşrutun bağlanması ilə bağlı səsləndirdiyi fikir həqiqəti əks etdirmir.

Nəqliyyat Nazirliyinin açıqlamasına görə, Qarabağ veteranı, "Amal-D" şirkətinin rəhbəri Dönməz Məmmədov nazirliyə müraciət edərək başqa bir sahibkara məxsus marşrut xətti olan 505 nömrəli marşrutların “Binə” ticarət mərkəzindən keçməsinə qadağa qoyulmasını istəyib:

“Dönməz Məmmədova məxsus olan 509 nömrəli marşrut xətti ilə başqa bir sahibkara məxsus olan 505 nömrəli marşrut xəttinin sadəcə “Binə” ticarət mərkəzində 500 metrlik yolda kəsişməsi ilə əlaqədar olaraq DANX sahibkarın tələbini qəbul etməyib.

"509" nömrəli marşrut xətti Sumqayıt Avtovağzalından başlayaraq, Saray, Xocəsən, Bakı, “Binə” ticarət mərkəzi, Lökbatan dairəsi istiqamətində hərəkət edir. Marşrut xəttinin uzunluğu 60 km olduğu üçün gediş haqqı 0,96 AZN-dir. 

505 nömrəli marşurut xətti Sumqayıt avtovağzalından başyalıb Sülh küçəsi ilə hərəkət edərək, Bakı-Quba yolu, Ceyranbatan, Xırdalan, beynəlxalq avtovağzal, “Sədərək” ticarət mərkəzi, son dayanacaq isə “Binə” ticarət mərkəzidir. Marşrut xəttinin uzunluğu 47 km olduğu üçün gediş haqqı 0,75 AZN-dir. 

509 saylı marşrut xəttinin sahibi Dönməz Məmmədov “Binə” ticarət mərkəzində sərnişinlərin çoxluğuna görə, “Binə” ticarət mərkəzindən Sumqayıta gedən sərnişinlərin ancaq ona məxsus olan marşrutla daşınmasını istəyir. Buna görə də şantaja əl atan sahibkar məqsədinə çatmaq üçün 3 gün Gürcüstanda aclıq aksiyası keçirdiyini, özünü yandırmağa cəhd gösdərdiyini deyir. Haqsız istəyinə çata bilməyən sahibkar sonradan Bakıya gələrək və bayrağa bürünərək Nəqliyyat Nazirliyinin yanındakı körpüdən özünü atmaqla intihara cəhd edib”.

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 509 nömrəli marşurutla bağlı Nəqliyyat Nazirliyinə çoxlu sayda şikayət daxil olub: 

“509 nömrəli marşrut avtobusu ilə gedən sərnişinlər gediş haqqı ödəyərkən sürücü onların pulunun qalığını heç bir zaman qaytarmayıb. Sərnişin avtobusları çox köhnədir və xətdəki avtobusların bir çoxu istifadəyə yararsızdır. Sahibkar avtobusları hansısa müxtəlif şəxslərdən icarəyə götürərək xəttə buraxır. Dönməz Məmmədovun bağlanmasını istədiyi 505 nömrəli marşurut isə yüksək standartlara cavab verən avtobuslarla təmin edilib”. 

Araşdırma zamanı məlum olub ki, “Binə” ticarət mərkəzindən 505 nömrəli avtobusa minən sərnişin Sumqayıt avtovağzalına 0,75 AZN-ə və qısa yolla, 509 nömrəli marşrut avtobusuna minən sərnişin isə Sumqayıt Avtovağzalına 0,96 AZN və daha uzun yolla gedə bilir. Belə ki, 505 nömrəli marşrut xətti fəaliyyətini dayandırarsa, sərnişinlər 21 qəpik baha və həm də uzaq yolla Sumqayıta getməli olacaqlar.

“Amal-D” MMC şirkətinin rəhbəri olan sahibkar Dönməz Məmmədovun məqsədi “Binə” ticarət mərkəzindən Sumqayıt avtovağzalına gedən sərnişinləri yalnız özünə məxsus avtobuslarla daşımaqdır”.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən həmçinin bildirdilər ki, Nəqliyyat Nazirliyinə müracitə edən sahibkara rəsmi olaraq bildirilib ki, 505 və 509 nömrəli marşrut xəttləri bir-biri ilə ayrı-ayrı istiqamətlərdə hərəkət etdiyi üçün bu tələb yerinə yetirilməyəcək.

Bundan sonra sahibkar özünü yandıracağı ilə bağlı hədələrə başlayıb. 505 nömrəli marşrut xəttinin sahibkarı da məsələdən xəbər tutanda bildirib ki, əgər Dönməz Məmmədovun tələbi yerinə yetirilsə, o da özünü yandırcaq.

Qeyd edək ki, “Amal-D” MMC şirkətinin rəhbəri olan sahibkar Dönməz Məmmədovun 4 marşrut xətti var və ona məxsus 501 nömrəli marşrut xəttinin bağlandığı da həqiqət deyil”.

Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi mövzuyla bağlı sxemləri və sərnişinlərin Dönməz Məmmədova məxsus 509 saylı marşrut xəttindən nazirliyə ünvanladıqları şikayət məktubunu təqdim edir:

Nazirlikdən intihara cəhd edən sahibkarla bağlı – AÇIQLAMA

Nazirlikdən intihara cəhd edən sahibkarla bağlı – AÇIQLAMA

Nazirlikdən intihara cəhd edən sahibkarla bağlı – AÇIQLAMA

Nazirlikdən intihara cəhd edən sahibkarla bağlı – AÇIQLAMA

Nazirlikdən intihara cəhd edən sahibkarla bağlı – AÇIQLAMA

Nazirlikdən intihara cəhd edən sahibkarla bağlı – AÇIQLAMA

Nazirlikdən intihara cəhd edən sahibkarla bağlı – AÇIQLAMA

Nazirlikdən intihara cəhd edən sahibkarla bağlı – AÇIQLAMA