» » » Sabunçuda ev yandı: Ölən var

Sabunçuda ev yandı: Ölən var

Sabunçuda ev yandı: Ölən var

FHN məlumat yaydı.

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkar olunub.

Yanğından evin qalan hissəsi mühafizə olunub.