» » » Kapital Bank talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirdi (FOTO)

Kapital Bank talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirdi (FOTO)

Kapital Bank talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirdi (FOTO)

Kapital Bank Korporativ Sosial Məsuliyyət layihələrindən daha birini həyata keçirib.
Ucarliyiq.biz xəbər verir ki, bu dəfə Bankın əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasında iştirak ediblər. Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi ilə birgə təşkil olunan aksiyaya Bankın baş ofisindən 100-ə yaxın əməkdaşı qatılıb.
“Bu aksiyalar mütəmadi olaraq həyata keçirilir. Körpələrimizin sağlam gələcəyi naminə belə sosial tədbirlərin keçirilməsini vacib hesab edirik. Talassemiyalı körpələrin qana olan ehtiyaclarını ödəmək üçün aksiyanın gələcəkdə də keçirilməsi nəzərdə tutulur”, - deyə Kapital Bankın şöbə rəisi Günel Fərzəliyeva bildirib.
Azərbaycanda ən geniş filial şəbəkəsinə malik Kapital Bank ötən illərdə olduğu kimi, bu il də öz ənənəsinə sadiq qalıb. Kapital Bank ailəsi gələcəyimiz olan körpələri yaddan çıxarmamağa, hər kəsi belə xeyirxah aksiyaya qoşulmağa və uşaqlara yardım etməyə çağırır.
Kapital Bank talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirdi (FOTO)

Qanvermə aksiyası
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur və hazırda 2 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir.