» » » Azərbaycanda böyük zoopark yaradılır (FOTO)

Azərbaycanda böyük zoopark yaradılır (FOTO)

Azərbaycanda böyük zoopark yaradılır (FOTO)

“Bakıda tikilməsi nəzərdə tutulan yeni Heyvanat Parkının layihə sənədləri çoxdan hazırlanıb”.
Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Onun sözlərinə görə, tikinti işlərinə hələ ki, başlanılmayıb: "İqtisadi cəhətdən imkan yaranan kimi layihənin icrasına başlanılacaq”.
Nazirlik rəsmisinin sözlərinə görə, yeni zoopark Abşeron rayonunun Ceyranbatan qəsəbəsindədir. Yeni yaradılacaq zoopark 55 hektar ərazini əhatə edəcək. Park Bakıdan 25 km aralıda yerləşəcək.
Azərbaycanda böyük zoopark yaradılır (FOTO)

İradə İbrahimova - ETSN-nin mətbuat xidmətinin rəhbəri
Bir müddət əvvəl mətbuatda yeni zooparkın 2016-cı ildə istifadəyə veriləcəyi barədə xəbər yayılmışdı. Prezident İlham Əliyev 2011-ci ildə Abşeron rayonunun ərazisində yeni zooparkın tikintisi üçün sərəncam imzalayıb. Əvvəllər parkın Qobu ərazisində salınması nəzərdə tutulurdu. Daha sonra həmin ərazinin iqlimi, coğrafi şəraiti, relyefi, infrastrukturu zooloji parkın salınması üçün əlverişsiz hesab olunduğundan parkın Abşeron rayonu ərazisində salınması təklif edilib.

Yeni zooparkın yerləşəcəyi Ceyranbatan qəsəbəsi
Dünyada unikallığı ilə seçilən zooparklar fəaliyyət göstərir. İlk Heyvanat parkı İngiltərənin
paytaxtı London şəhərində fəaliyyətə başlayıb. Frankfurt
zooparkı isə nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması ilə dünyada şöhrət qazanıb. Hagenback Heyvanat Parkının ən maraqlı xüsusiyyəti isə qəfəs dəmiri və ya sim maneələrdən istifadə edilməməsidir. Heyvanlar onlar üçün qazılan çuxurlarda saxlanılır.
Azərbaycanda böyük zoopark yaradılır (FOTO)

Hagenback Heyvanat Parkının
Məlumata görə, tikilməsi nəzərdə tutulan yeni Bakı Zooparkında heyvanların açıq ərazilərdə saxlanılması nəzərdə tutulur. Hazırda Bakıda fəaliyyət göstərən zoopark 2 yanvar 1942-ci ildə yaradılıb. Onun ərazisi 4,25 hektardır.
Azərbaycanda böyük zoopark yaradılır (FOTO)

Azərbaycanda böyük zoopark yaradılır (FOTO)

Yeni Bakı Zooparkı
Bakı Heyvanat parkının kolleksiyasına 168 növə aid olan 1193 başdan çox heyvan, quş, sürünən və balıqlar daxildir, o cümlədən, 47 növə aid 193 baş məməli heyvan, 70 növə aid 400 baş quş, 11 növə aid 34 baş sürünən, 2 növə aid 4 baş suda-quruda yaşayan, 38 növə aid 562 balıq bu parkda saxlanılır.
Heyvanat parkında olan yırtıcı quşların əksəriyyəti – berkut, qarasaqqal, qara kərkəs, ağbaş kərkəs, qartalların bir sıra növləri, meşə quşlarından qırqovullar, su quşlarından qızıl qaz, sultan toyuğu Qırmızı Kitaba daxil edilib, qorunur.