» » » Bakıda üç maşın toqquşdu, biri yandı

Bakıda üç maşın toqquşdu, biri yandı

Bakıda üç maşın toqquşdu, biri yandı

FHN məlumat yaydı.

Bakı şəhəri, Suraxanı rayonunda sahibləri məlum olmayan “VAZ”, “BMW” və “OPEL” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, nəticədə, “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 21:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.