» » » Bakı Dairəvi yolunda köməkçi yol bağlanır

Bakı Dairəvi yolunda köməkçi yol bağlanır

Bakı Dairəvi yolunda köməkçi yol bağlanır

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bu gün aparılacaq təmir işləri ilə əlaqədar olaraq “Baki Dairəvi-1” avtomobil yolunun “Şamaxinka” deyilən əraziyə doğru olan istiqaməti üzrə köməkçi yolla nəqliyyat vasitələrinin hərəkəti qısamüddətli məhdudlaşdırılacaq. 

Bu barədə ucarliyiq.biz-a “Azəryolsrvis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, təmir işlərinin axşam saatlarınadək aparılması nəzərdə tutulub: 

“Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur”.