» » » Etik davranış qaydalarının pozulduğu dövlət orqanları - SİYAHI

Etik davranış qaydalarının pozulduğu dövlət orqanları - SİYAHI

Etik davranış qaydalarının pozulduğu dövlət orqanları - SİYAHI

321 intizam tənbeh tədbiri təhlil olunub.

2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 321 intizam tənbeh tədbiri təhlil olunub. 

ucarliyiq.biz-ın APA-ya istinadən xəbərinə görə, bu haqda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabatında qeyd olunub.
 
“Təhlil zamanı müəyyən olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 141, Dövlət Sosial Müdafiə Fondu üzrə 70, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 34, Təhsil Nazirliyi üzrə 25, Maliyyə Nazirliyi üzrə 17, Standartlaşdırma, Metrologiya və Patent üzrə 11 Dövlət Komitəsi üzrə 10, Dövlət Statistika Komitəsi üzrə 6, Energetika Nazirliyi üzrə 3, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi üzrə 3, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 3, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə 2, Nəqliyyat Nazirliyi üzrə 2, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi üzrə 2, İqtisadiyyat Nazirliyi üzrə 1, Milli Televiziya və Radio Şurası üzrə 1, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib. Mərkəzi icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 321 intizam tənbeh tədbirindən 285-i töhmət, 27-i vəzifə maaşının azaldılması, 7-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 2-i dövlət qulluğundan azad edilmə olub” – deyə hesabatda bildirilib.
 
Hesabatda qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Tarif (qiymət) Şurasının Katibliyi, Dövlət Mülki Aviasiya Administrasiyası, Prezidenti yanında Ali Attestasiya Komissiyası, Kənd Təsərrüfatı Nazirliyi, Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Arxiv İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən intizam tənbeh tədbiri tətbiq edilməyib: “Satınalmalar üzrə Dövlət Agentliyi, Dövlət Dəniz Administrasiyası, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən göndərilən cavab məktublarında intizam tənbeh tədbirlərinin tətbiq edilib-edilməməsi barədə məlumat göstərilməyib”.
 
Qeyd edək ki, ötən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarının tələblərini pozan 404 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 321-i mərkəzi icra hakimiyyəti orqanlarında, 83-ü isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə tətbiq olunub.