» » » Olimpiya Stadionunda ilk toya hansı məşhur gələcək? - FOTO

Olimpiya Stadionunda ilk toya hansı məşhur gələcək? - FOTO

Olimpiya Stadionunda ilk toya hansı məşhur gələcək? - FOTO

Martın 19-da baş tutacaq ilk toyun bəyi futbolçudur.

“Bakı 2015” İlk Avropa Oyunları zamanı istifadəyə verilən Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq müğənninin adı bəlli olub.

ucarliyiq.biz-ın ANS PRESS-ə istinadən məlumatına görə, tanınmış türk müğənnisi Ebru Gündeş uzun sürən fasilədən sonra yenidən Bakıya gəlir. 

Yayılan xəbərlərdə deyilir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq məşhur məhz Ebru olacaq. Məlumata görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toyun bəyi futbolçudur. Martın 19-da baş tutacaq məclisdə həmçinin Azərbaycanın tanınmış müğənnilərinin çıxışı gözlənilir. 

Ötən gün Bakı Olimpiya Stadionunda futbol oyunlarından başqa toy şənlikləri də keçirməyin mümkünlüyü barədə xəbər yayımlanıb. Bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib. 

Bu vaxta qədər hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var. Martın 19-da BOS-da ilk toy olacağı bildirilir. Qeyd edək ki, stadionun 68 min oturacaq yeri var.

Olimpiya Stadionunda ilk toya hansı məşhur gələcək? - FOTO

Olimpiya Stadionunda ilk toya hansı məşhur gələcək? - FOTO

Olimpiya Stadionunda ilk toya hansı məşhur gələcək? - FOTO