» » » Olimpiya Stadionundan rəsmi Ebru Gündeş - AÇIQLAMASI

Olimpiya Stadionundan rəsmi Ebru Gündeş - AÇIQLAMASI

Olimpiya Stadionundan rəsmi Ebru Gündeş - AÇIQLAMASI

“Stadionu toy, nişan, ad günü üçün icarəyə veririk”.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində türk müğənnisi Ebru Gündeşin səhnəyə çıxacağı həqiqətə uyğun deyil. Bu barədə bizdə heç bir məlumat yoxdur. Düzdür, toy yiyəsi hansı müğənnini istəsə məclisinə dəvət edə bilər.

ucarliyiq.biz xəbər verir ki, bunu ANS PRESS-ə açıqlamasında Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva bildirib. Onun sözlərinə görə, Ebru Gündeşin toy mərasimində iştirakı gözlənilmir.

“Biz stadionda toy keçirmirik. Biz sadəcə toy, nişan, ad günü və s. mərasim keçirmək istəyənlər üçün stadionu icarəyə veririk. Burdan gələn gəlirlər stadionun xərclərinə sərf ediləcək. Martın 19-da stadionda toy keçirməklə bağlı bir qız bizə müraciət edib. Çılğın futbol azərkeşi olan bu xanım şad gününün futbolla bağlı olması arzusunda olub. Hətta bu barədə qız sosial şəbəkədə status paylaşıb”, - deyə C.Mehdiyeva bildirib.