» » » Bakıda böyük mağazada yanğın

Bakıda böyük mağazada yanğın

Bakıda böyük mağazada yanğın

Hadisə yerinə FHN əməkdaşları cəlb olundu.

Bu gecə Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan ikimərtəbəli mağazanın birinci mərtəbəsində yerləşən sahəsi 100 kv.m olan sexin tavanı 2 kv.m sahədə yanıb, döşəməsinə dağılmış yağ qalıqları və sexdə olan dəzgahlar yanaraq deformasiyaya uğrayıb.

ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.