» » » Saxta pasportla Azərbaycana gəlmək istəyən əcnəbilər saxlanıldı

Saxta pasportla Azərbaycana gəlmək istəyən əcnəbilər saxlanıldı

Saxta pasportla Azərbaycana gəlmək istəyən əcnəbilər saxlanıldı

Sərhəddə əməliyyat.

Azərbaycanda saxta sənəd¬lərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslər saxlanılıb. 

Bu barədə ucarliyiq.biz-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  məlumat verilib. 

Məlumata əsasən, həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” aviareysi ilə ölkəmizə gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmməd pasportlarında saxta Türkiyə vizası və üzəri¬lərində yapışdırılmamış saxta Avstraliya vizası aşkarlanaraq saxlanılıblar.

Həmin gün 334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycana məxsus saxta elektron viza olduğu üçün saxlanılıb.

Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qaytarılıblar.